525.Az

"Dream Fest" ziyarətçiləri üçün xüsusi ödənişsiz avtobuslar ayrılıb


 

 "Dream Fest" ziyarətçiləri üçün xüsusi ödənişsiz avtobuslar ayrılıb<b style="color:red"></b>

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) iyulun 23-26-də Bakıda keçiriləcək "Dream Fest" Beynəlxalq Musiqi Festivalının iştirakçılarının rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək, yollarda yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə avtobuslar ayırıb.

Bu barədə 525.az-a AYNA-dan məlumat verilib.

Bildirilib ki, ziyarətçilərin həmin tarixlərdə hər gün saat 17:00-dan 19:30-a qədər "Koroğlu" metrostansiyasının şimal çıxışındakı Nəqliyyat Mübadilə Mərkəzindən "Sea Breeze"ə, saat 22:00 dan 00:00-dək isə geriyə daşınması ödənişsiz şəkildə təmin ediləcək:

"Sea Breeze" və ətrafında parklanma yerlərinin məhdud olmasını nəzərə alaraq, festival iştirakçıları və qonaqlarına səfərlərini şəxsi minik avtomobilləri ilə deyil, xüsusi ayrılmış avtobuslarla həyata keçirmələri tövsiyə olunur".

 





22.07.2026    çap et  çap et