525.Az

Dələduzluqda ittiham olunan şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib


 

Dələduzluqda ittiham olunan şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib<b style="color:red"></b>

Dələduzluqda ittiham olunan şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib.

Bu barədə 525.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluğun vəsatəti əsasında Özbəkistan Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Soltanov Elgün Sədyar oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.

Belə ki, Bakı şəhəri Xətai rayon polis idarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Elgün Soltanovun külli miqdarda dələduzluq cinayətni törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o, istintaqdan yayınaraq gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Elgün Soltanov Özbəkistan ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

 





22.07.2026    çap et  çap et