525.Az

"Kəpəz" Ohori ilə vidalaşdı


 

"Kəpəz" Ohori ilə vidalaşdı<b style="color:red"></b>

"Kəpəz" futbolçusu Ryonosuke Ohori ilə yollar ayrılıb.

525.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yaponiyalı oyunçunun icarə müddəti başa çatıb.

Müqavilə ilə "Radnik"ə məxsus olan Ohori ötən ilin yayından Gəncə təmsilçisinin formasını geyinirdi. O, ölkə çempionatı və kubokunda ümumilikdə 27 oyun keçirən 25 yaşlı yarımmüdafiəçi 4 dəfə rəqib qapısına yol tapıb.

 





22.07.2026    çap et  çap et