Son sutkada qlobal fond bazarlarında əsas indekslər üzrə qarışıq dinamika müşahidə olunub.
525.az xəbər verir ki, ABŞ fond bazarlarında ticarət əsasən enişlə başa çatıb, Avropa və Asiya-Sakit okean regionunda isə əksər indekslər yüksəlib.
ABŞ-da “Dow Jones” indeksi 6,06 bənd (0,01%) azalaraq 52 218,58 bəndə, “S&P” 500 indeksi 10,24 bənd (0,14%) enərək 7 498,96 bəndə, “Nasdaq Composite” isə 146,31 bənd (0,57%) geriləyərək 25 690,90 bəndə düşüb. Bununla yanaşı, “NYSE Composite” 29,52 bənd (0,12%) artaraq 23 919,71 bəndə, Kanadanın “S&P/TSX Composite” indeksi isə 116,03 bənd (0,33%) yüksələrək 35 485,11 bəndə çatıb.
Avropa bazarlarında müsbət əhval-ruhiyyə üstünlük təşkil edib. “Euro Stoxx” 50 indeksi 31,36 bənd (0,50%) artaraq 6 316,99 bəndə, Böyük Britaniyanın FTSE 100 indeksi 131,06 bənd (1,24%) yüksələrək 10 716,97 bəndə, Almaniyanın “DAX” indeksi 144,06 bənd (0,58%) artaraq 25 155,41 bəndə, Fransanın “CAC” 40 indeksi 74,75 bənd (0,89%) yüksələrək 8 437,89 bəndə, İspaniyanın “IBEX” 35 indeksi isə 191,50 bənd (0,99%) artaraq 19 571,30 bəndə çatıb.
çap et