525.Az

"Bitcoin" 1 faizdən çox ucuzlaşıb


 

"Bitcoin" 1 faizdən çox ucuzlaşıb<b style="color:red"></b>

Qlobal kriptovalyuta bazarında son sutkada əsas aktivlər üzrə qarışıq qiymət dinamikası qeydə alınıb.

525.az xəbər verir ki, bazar kapitallaşması 0,81% azalaraq 2,24 trilyon ABŞ dollarına enib. “CoinMarketCap” 20 (CMC20) indeksi isə 0,89% geriləyərək 133,91 bənd təşkil edib.

Ən böyük kriptovalyuta olan “Bitcoin” (BTC) son 24 saatda 1,02% ucuzlaşaraq 65 633,82 ABŞ dollarına düşüb. “Ethereum” (ETH) 0,58% azalaraq 1 922,52 dollar, BNB isə 0,26% enərək 569,98 dollar səviyyəsində ticarət olunur.

İlk onluqda ən çox geriləyən aktiv “Zcash” (ZEC) olub. Onun qiyməti son 24 saatda 1,63%, son bir həftədə isə 9,23% azalıb. “Bitcoin Cash” (BCH) 2,90%, Bittensor (TAO) isə 2,69% dəyər itirib.

 





23.07.2026    çap et  çap et