525.Az

Aİ Rusiya və Macarıstan arasında AES-in tikintisinə dair sazişi bloklayıb


 

Aİ Rusiya və Macarıstan arasında AES-in tikintisinə dair sazişi bloklayıb<b style="color:red"></b>

Avropa İttifaqı Rusiya və Macarıstan arasında “Pakş” atom elektrik stansiyasının iki enerji blokunun tikintisinə dair imzalanmış müqaviləni bloklayıb.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə  “The Financial Times” qəzeti məlumat yayıb. İcrasının dayandırılmasına qərar verilmiş kontraktın dəyəri 12 mlrd avro olub. 
 
Qeyd edək ki,  2014-cü ildə Rusiya və Macarıstan arasında Pakş şəhərindəki  atom elektrik stansiyası üçün 1200 MVt gücündə 2 nüvə reaktorunun birgə tikintisinə dair saziş imzalanıb. Tərəflər AES üçün nüvə yanacağının tədarükü məsələsi daxil olmaqla  müvafiq sənədlər imzalayıb, lakin sonradan, kontraktın detallarının məxfi saxlanılması  Aİ-də müəyyən şübhələr doğurub.  
 
Aİ Rusiya yanacağının eksklüziv şəkildə Macarıstana tədarükünün əleyhinə çıxış edib. Aİ-də hesab edirlər ki, belə hal Macarıstanı  Rusiyadan asılı vəziyyətə salacaq və Budapeşt  Rusiyaya qarşı sanksiyaları dəstəkləməkdən imtina edəcək. 

 





13.03.2015    çap et  çap et