525.Az

BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır


 

BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır<b style="color:red"></b>

Bakı Dövlət Universiteti (BDU) və Çinin Liaodong Universiteti arasında anlaşma memorandumu imzalanıb.

BDU-dan 525.az-a bildirilib ki, memorandumda iki universitetin nəzdində olan fakültə, institut və kolleclərdə təlim-tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihələrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi tədqiqatların aparılması nəzərdə tutulur. Həmçinin elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planlarının və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər memorandumda öz əksini tapıb.

Sənədi BDU-nun rektoru Elçin Babayev və Çinin Liaodong Universitetinin rektoru Fu Libin imzalayıb.

 





23.07.2026    çap et  çap et