İspaniya millisnin futbolçuları Qabi və Fabian Ruis dünya çempionu olduqlarına görə doğma Las-Palasyos-i-Vilyafranka şəhərində qeyri-adi hədiyyə ilə mükafatlandırılıblar.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, şəhər sakinləri onlara öz çəkiləri qədər pomidor hədiyyə edib.
Meriyanın binasında baş tutan mərasimdə əvvəlcə futbolçuları tərəziyə çıxarıblar. Daha sonra isə əyalət ənənələrinə görə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, "Barselona"nın üzvü olan Qabiyə 68,5 kq pomidor verilib. PSJ-nin futbolçusu Ruisə isə bundan 16 kq artıq pay düşüb.
L.Tağıyeva
çap et