Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi bu ilin birinci yarımilində əlilliyi olan 70 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.
ƏƏSMN-dən 525.az-a verilən məlumata görə, onlardan 36,6 mininə ambulator, 17,2 mininə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, sosial-psixoloji istiqamətləri üzrə reabilitasiya xidmətləri göstərilib.
Bildirilib ki, reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, hippoterapiya, rəqs terapiyası və s.) tətbiq edilir:
"Bu müəssisələr tərəfindən stasionar və ambulator xidmətlərlə bərabər, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir".
çap et