525.Az

"Neftin bahalaşması yalnız enerji sektoruna təsir etmir" - İqtisadçı


 

"Neftin bahalaşması yalnız enerji sektoruna təsir etmir" - <b style="color:red">İqtisadçı </b>

"Neftin bahalaşması yalnız enerji sektoruna təsir etmir. Yanacaq qiymətlərinin yüksəlməsi nəqliyyat, logistika, sənaye və kənd təsərrüfatı sahələrində istehsal xərclərini artırır. Bu isə qlobal inflyasiyanın güclənməsinə, mərkəzi bankların faiz dərəcələrini yüksək səviyyədə saxlamasına və iqtisadi artım tempinin zəifləməsinə səbəb ola bilər"".

Bunu 525.az-a iqtisadçı ekspert Akif Nəsirli bildirib. Ekspert vurğulayıb ki, enerji idxalından asılı ölkələr üçün bu proses daha ciddi nəticələr yarada bilər. Avropa İttifaqı ölkələri, Yaponiya, Cənubi Koreya və digər iri enerji idxalçıları artan enerji xərcləri ilə üzləşə bilərlər. Bu isə istehsalın bahalaşmasına, bəzi müəssisələrin fəaliyyətinin məhdudlaşmasına və istehlakçıların xərclərinin artmasına gətirib çıxara bilər: 

"Digər tərəfdən, enerji ixrac edən ölkələr üçün yüksək neft qiymətləri müəyyən iqtisadi üstünlüklər yarada bilər". 

Sevinc Qarayeva 

 

 

 

 





23.07.2026    çap et  çap et