"Bu gün Azərbaycan hələ də bir çox inkişaf etmiş ölkələrlə müqayisədə daha əlverişli demoqrafik vəziyyətə malikdir. Dövlətin mənzil təminatı, ipoteka, sosial dəstək sahəsində gördüyü işlər prossesin qarşısını xeyli dərəcdə alır. Amma bütün bunlarla yanaşı ölkəmiz də gələcəkdə qlobaı oxşar çağırışlarla üzləşəcəkdir. Ən maraqlı sual isə budur: bu proses geri çevrilə bilərmi? Təcrübə göstərir ki, bunun cavabı heç də asan deyil. Yaponiya, Cənubi Koreya, Çin, Sinqapur, İtaliya və Macarıstan ailələrə milyardlarla dollar həcmində maliyyə dəstəyi göstərməsinə, vergi güzəştləri tətbiq etməsinə və müxtəlif təşviq proqramları həyata keçirməsinə baxmayaraq, doğum səviyyəsini əhəmiyyətli dərəcədə artıra bilməyiblər".
Bunu 525.az-a millət vəkili Tahir Mirkişili söyləyib. Millət vəkili bildirib ki, Bu fakt onu göstərir ki, məsələ yalnız iqtisadi stimullarla həll olunmur. Burada həyat tərzi, sosial dəyərlər, mənzil siyasəti, iş rejimi, gender münasibətləri və ümumilikdə müasir şəhər modelinin yaratdığı davranış dəyişiklikləri birlikdə rol oynayır:
"Bəlkə də XXI əsrin qarşısındakı ən böyük suallardan biri məhz budur: yüksək iqtisadi inkişafı və texnoloji tərəqqini qoruyaraq eyni zamanda ailə institutunu və davamlı demoqrafik artımı necə təmin etmək olar Bu sualın cavabı təkcə demoqrafları deyil, iqtisadçıları, siyasətçiləri və bütövlükdə dövlətləri düşündürür. Çünki gələcəyin ən qiymətli resursu artıq neft, qaz və ya texnologiya deyil. Ən strateji resurs insanın özüdür".
Sevinc Qarayeva
çap et