Qambiyadan yola düşən 180-dən çox insanı daşıyan gəmi Mavritaniya sahillərində aşıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, gəmidən 38 nəfər xilas edilsə də, ən azı 143 nəfər ölüb və ya itkin düşüb.
Hazırda həmin şəxslərin axtarışı davam edir.
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Qərbi və Mərkəzi Afrika üzrə Regional Direktoru Silviya Ekra bu cür hadisələrin qarşısını almaq və təhlükəsiz və nizamlı miqrasiya yollarına çıxışı təmin etmək üçün daha güclü regional əməkdaşlığa çağırıb.
İbrahim Cəfərov
çap et