525.Az

"Dünyanın heç bir ölkəsində repetitorluq yalnız aşağı maaşa görə yaranmayıb" - Təhsil eksperti


 

"Dünyanın heç bir ölkəsində repetitorluq yalnız aşağı maaşa görə yaranmayıb" - <b style="color:red">Təhsil eksperti</b>

"Maaşların artırılması şübhəsiz ki, müəllimin sosial yükünü azaldır və bu, çox vacib addımdır. Amma problem təkcə maaşla bağlı deyil. Dünyanın heç bir ölkəsində repetitorluq yalnız aşağı maaşa görə yaranmayıb. Bu, daha çox sistemin qiymətləndirmə mədəniyyəti, valideyn təzyiqi, ali məktəb yarışı və məktəb-ev münasibətlərindəki balanssızlığın məhsuludur".

Bunu 525.az-a təhsil eksperti Əmrah Həsənli deyib.

O vurğulayıb ki, burada iki paralel həqiqət var: "Birincisi, yeni təhsil modeli tətbiq olunub müəllimlərin maaşı iki dəfə artdıqda, maddi asılılıq azalacaq. Bu, bir çox müəllimlərin repetitorluğa ehtiyac səbəbini zəiflədəcək. İkincisi isə təhsil modeli dəyişməyibsə, tək maaş artımı repetitorluğu tam dayandırmır. Əksinə, bəzən yüksək maaş alan müəllim daha çox tələb görür və bu, əlavə məşğələlərin genişlənməsinə səbəb ola bilər".

Onun sözlərinə görə,  müəllim məktəbdə keyfiyyətli dərs deyəndə, onun əlavə məşğələyə ehtiyacı qalmır. Amma məktəbdə zəif, evdə güclü dərs deyirsə, burada maaş yox, vicdan problemi yaranır. Ona görə də növbəti mərhələdə iki vacib islahat paralel gedir: Maaşların artırılması ilə müəllimin iqtisadi rahatlığı; Yeni modelin tətbiqi ilə peşəkar etik standartların yüksəldilməsi. Bu hər ikisi birlikdə baş verəndə repetitorluğun sistemə zərər vuran formaları tədricən sıradan çıxacaq. 

Sevinc Qarayeva 

 





23.07.2026    çap et  çap et