525.Az

Məxfi xidmətin əməkdaşı Vensin səfər məlumatlarını sızdırmaqda şübhəli bilinir


 

Məxfi xidmətin əməkdaşı Vensin səfər məlumatlarını sızdırmaqda şübhəli bilinir<b style="color:red"></b>

ABŞ-ın vitse-prezidenti Cey. Di. Vensin mühafizəsini təmin edən Məxfi xidmətin əməkdaşı siyasətçinin səfərləri ilə bağlı məlumatların sızdırılmasında şübhəli bilindiyi üçün vəzifəsindən kənarlaşdırılıb. Hazırda onun barəsində araşdırma aparılır.

525.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, vitse-prezidentin səfərlərinin planlaşdırılması ilə bağlı məlumatları yaydığı ehtimal olunan şəxsin kimliyi müəyyən edilib.

Araşdırmanı Məxfi xidmətin daxili nəzarət bölməsi həyata keçirir. Hələlik əməkdaşın inzibati və ya cinayət məsuliyyətinə cəlb olunacağı bəlli deyil.

Daha əvvəl MS Now televiziya kanalı vitse-prezidentin ailəsinin təhlükəsizliyi üçün ayrılan dövlət resurslarından istifadəsindən Məxfi xidmət agentlərinin narazılığı barədə reportaj yayımlayıb. Kanalın mənbələrinə görə, siyasətçinin kiçik oğlunu qolf məşqinə aparmaq üçün hərbi vertolyotdan istifadə etmək qərarı da narazılıq yaradıb. Bəzi təhlükəsizlik işçiləri hesab edirlər ki, əvvəlki vitse-prezidentlərlə müqayisədə Vens dövlət resurslarından yersiz istifadə edir.

Pərvanə Sultanova

 





23.07.2026    çap et  çap et