525.Az

“ABŞ-ın əsas məqsədi nüvəsiz İrandır” -  Rubio


 

“ABŞ-ın əsas məqsədi nüvəsiz İrandır” - <b style="color:red"> Rubio</b>

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İran radikal din xadimlərinin idarə etdiyi ölkədir və onlar iqtisadi məsələlərə laqeyd yanaşırlar.

525.az xəbər verir ki, dövlət katibi bu barədə Manilada keçirilən ASEAN konfransında çıxışı zamanı deyib.

"Onlar öz ölkələrini məhv edirlər. İran istəsə, Yaxın Şərqin ən varlı ölkəsi ola bilər. Amma bunun əvəzinə, onlar pullarını Hizbullah-a, HƏMAS-a və husilərə verirlər”, - Rubio bildirib.

Əlavə edib ki, İran rəhbərliyi dünyada himayə olunan terrorizmi dəstəkləyir:

“ABŞ-ın əsas məqsədi nüvə silahına malik olmayan İrandır. Onların nüvə silahına sahib olmasına icazə verilə bilməz. Təsəvvür edin ki, bununla dünyada nələr edə bilərlər", –ABŞ dövlət katibi söyləyib.

Pərvanə Sultanova

 





23.07.2026    çap et  çap et