İranın Pakistanla sərhədində, Sistan və Bəlucistan əyalətinin Cekigur Sərhəd Məntəqəsi ərazisində təhlükəsizlik qüvvələri ilə silahlı qrup arasında toqquşma baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, toqquşmada iki nəfər həlak olub.
İran Təhlükəsizlik Təşkilatının Sərhəd Mühafizəsi Komandanı, briqada generalı Əli Əkbər Cavidan sərhədçilər ilə terror təşkilatı üzvləri arasında baş verən silahlı toqquşmada iki nəfərin həlak olduğunu təsdiqləyib.
O, toqquşmadan sonra hadisə yerində çoxlu sayda silah və sursatın müsadirə edildiyini əlavə edib.
İbrahim Cəfərov
çap et