525.Az

Azərbaycan "PowerChina Resources Ltd." ilə günəş və külək enerjisi layihələrinin inkişafını müzakirə edib


 

Azərbaycan "PowerChina Resources Ltd." ilə günəş və külək enerjisi layihələrinin inkişafını müzakirə edib<b style="color:red"></b>

Azərbaycan "PowerChina Resources Ltd." şirkəti ilə 160 MVt gücündə günəş elektrik stansiyasının və Xəzər dənizində külək enerjisi (2 QVt gücündə) layihəsinin inkişaf perspektivlərini müzakirə edib.

525.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"PowerChina Resources Ltd." şirkətinin prezidenti Yanq Tianfu ilə görüşdə Azərbaycan-Çin enerji əməkdaşlığının inkişafı və birgə həyata keçirilən "yaşıl enerji" layihələrinin icrasını müzakirə etdik", - P. Şahbazov qeyd edib.

Onun sözlərinə görə, görüşdə həmçinin, elektrik şəbəkəsinin inkişafı və bərpaolunan enerjinin etibarlı inteqrasiyası ilə bağlı fikir mübadiləsi aparılıb.

 





23.07.2026    çap et  çap et