“Avropa İttifaqı sanksiyalar vasitəsilə Rusiyaya təzyiqi artırmaq üçün artıq növbəti addımlar üzərində işləyir”.
525.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas “X” hesabındaa bildirib.
"Rusiyaya qarşı 21-ci sanksiya paketi barədə razılığa gəldik. Bura Moskvanın maliyyə sistemini, hərbi-sənaye kompleksini və onun hərbi iqtisadiyyatının fəaliyyətini dəstəkləyən enerji sektorunu hədəf alan genişmiqyaslı tədbirlər daxildir.
Biz Rusiyanın müharibəni davam etdirmək üçün arxalandığı maliyyə mənbələrinin qarşısını kəsirik", - Kallas qeyd edib.
Əlavə edib ki, bu, sanksiyalarla bağlı yolun sonu deyil və artıq növbəti addımlar üzərində iş aparılır. Aİ Rusiyanın yaradacağı gərginliyinə cavab verməyə hazır olmalıdır.
Pərvanə Sultanova
çap et