525.Az

Cəlilabadda qədim dövrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb


 

Cəlilabadda qədim dövrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb<b style="color:red"></b>

Cəlilabad rayonunda abadlıq işləri aparılarkən qədim dövrə aid maddi-mədəniyyət nümunələri aşkar edilib.

525.az xəbər verir ki, tapıntı rayon ərazisində - Narbağı adlanan sahədə parkın salınması zamanı aşkarlanıb.

Belə ki, ərazidə aparılan qazıntılar zamanı qədim dövrə aid dörd təsərrüfat küpü və digər maddi-mədəniyyət nümunələri üzə çıxıb.

Tapıntılarla bağlı Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqu Vəfa Mahmudovaya məlumat verilib. Məlumat əsasında institutun nümayəndəsi əraziyə ezam olunub və burada tədqiqat işlərinə başlanılıb.

Aşkarlanan maddi-mədəniyyət nümunələrinin Azərbaycan tarixinin qədim dövrləri ilə bağlı yeni və əhəmiyyətli məlumatlar ortaya çıxara biləcəyi ehtimal olunur.

 





23.07.2026    çap et  çap et