“Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişikliklər əsasında ölkədaxili sifarişli sərnişin və yükdaşımaları həyata keçirən sürücülər üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən peşə hazırlığı təlimləri təşkil olunub.
525.az-a AYNA-dan bildirilib ki, peşə hazırlığı təlimlərini ümumilikdə 745 nəfər müvəffəqiyyətlə tamamlayıb.
Təlimlərin yekunu olaraq isə Dövlət İmtahan Mərkəzində ilk dəfə imtahan təşkil olunub. İmtahan nəticələrinə əsasən, namizədlərdən 243 nəfəri uğurlu nəticə göstərib.
Qeyd edək ki, təşkil olunan peşə hazırlığı təlimlərinin əsas məqsədi ölkədaxili sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşə bilik və bacarıqlarının artırılması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi və daşınma xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasıdır.
çap et