525.Az

ARDNF-nin “Şahdəniz” yatağından əldə etdiyi gəlirlər artıb


 

ARDNF-nin “Şahdəniz” yatağından əldə etdiyi gəlirlər artıb<b style="color:red"></b>

Bu ilin birinci yarısında Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından 4 milyard 374,9 milyon manat vəsait daxil olub. Bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz azdır.

525.az ARDNF-nin 2026-cı ilin yanvar-iyun ayları üzrə gəlir və xərclərinə dair hesabatına istinadən xəbər verir ki, hesabat dövrü ərzində “Şahdəniz” yatağından (qaz və kondensat) daxil olan gəlirlər isə 3,3 faiz artaraq (qaz və kondensat) 437,1 milyon manat təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında AÇG yatağından 4 milyard 427,3 milyon manat, “Şahdəniz” yatağından (qaz və kondensat) isə 423,3 milyon manat gəlir əldə edilib.

 





23.07.2026    çap et  çap et