Bu ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin aktivlər üzrə bölgüsündə istiqrazlar və pul bazarı alətlərinin çəkisi 33,8 faiz təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz azdır.
525.az ARDNF-in 2026-cı ilin yanvar-iyun ayları üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadla xəbər verir ki, səhmlərin payı isə 2,4 faiz artaraq 28,1 faiz təşkil edib.
Daşınmaz əmlak və infrastrukturun payı sabit qalaraq 6,7 faiz, qızılın payı isə 2,6 faiz artaraq 31,4 faiz təşkil edib.
çap et