"Yeni piyada keçidləri layihələndirilərkən ərazidə yaşayan sakinlər və müxtəlif ictimai qruplarla müzakirələrin aparılması məsələsinə diqqət çəkib. Keçidin özünün tikilməsi kifayət etmir. Keçidə aparan səkilər hamar, işıqlı və maneəsiz olmalıdır. Bu məsələdə yol tikintisini həyata keçirən qurumlar, yerli icra hakimiyyətləri və bələdiyyələr birlikdə işləməlidir".
Bunu 525.az-a nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev söyləyib. Ekspert qeyd edib ki, gözdən əlillər, hərəkət imkanları məhdud şəxslər və onları təmsil edən təşkilatların təkliflərinin nəzərə alınması vacibdir. Əks halda keçid mövcud olsa da, insanların ora çatması çətinləşir.
O vurğulayıb ki, keçidlərin sayı ərazidə yaşayan əhalinin sayına və piyada axınının intensivliyinə uyğun müəyyən edilməlidir.
Sevinc Qarayeva
çap et