Ukrayna prezidenti Volodimir Zelenski yaxın günlərdə ABŞ-a səfər edəcək.
525.az xəbər verir ki, bu barədə o, brifinqdə deyib.
Zelenski bildirib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və sahibkar Cared Kuşnerlə görüşəcək.
“Bizim görüşümüz olacaq. ABŞ-a dəvət almışam, düşünürəm ki, yaxın bir neçə gün, bir həftə ərzində görüş baş tutacaq", - prezident bildirib.
Əlavə edib ki, Uitkoff və Kuşnerlə telefon danışığı zamanı münaqişəyə son qoymaq üçün ABŞ-ın müxtəlif təkliflərini müzakirə ediblər.
“Biz görüşün mümkünlüyünü və ABŞ-ın müharibənin bitməsi ilə bağlı bəzi planlarını müzakirə etdik. Onlar bu ideyaları bizimlə bölüşəcəklər. Bizim görüşümüz olacaq, ideyalarını həm bizimlə, həm də ruslarla bölüşmək istəyirlər”, - Zelenski bildirib.
O, səfəri zamanı Patriot hava hücumundan müdafiə sistemi üçün raketlər istehsal edən Lockheed Martin şirkətinin nümayəndələri ilə də görüşməyi planlaşdırdığını deyib.
Pərvanə Sultanova
çap et