525.Az

"Qarabağ" - SSKA oyunu heç-heçə yekunlaşdı


 

"Qarabağ" - SSKA oyunu heç-heçə yekunlaşdı<b style="color:red"></b>

Bu gün UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları başlayıb.

525.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" da meydana çıxıb.

Qurban Qurbanovun komandası Bakıda Bolqarıstanın SSKA klubunu qəbul edib. Oyun heç-heçə yekunlaşıb - 0:0.

Komandalar iyulun 30-da Sofiyada cavab matçına çıxacaqlar.

Qeyd edək ki, bu cütün qalibi 3-cü mərhələdə  “Şerif” (Moldova) – “Makkabi” (Tel-Əviv, İsrail) cütünün qalibi ilə qarşılaşacaq.

23 iyul

UEFA Avropa Liqası

2-ci təsnifat mərhələsinin ilk oyunu

20:00."Qarabağ" (Azərbaycan) - SSKA (Bolqarıstan) - 0:0 

Baş hakim: Daniele Çiffi (İtaliya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

 





23.07.2026    çap et  çap et