525.Az

Qlobal fond bazarlarında əsas indekslərdə eniş müşahidə olunub


 

Qlobal fond bazarlarında əsas indekslərdə eniş müşahidə olunub<b style="color:red"></b>

Dünyanın aparıcı fond bazarlarında əsas indekslər ticarət sessiyasını enişlə başa vurub.

525.az xəbər verir ki, ABŞ fond bazarında “Dow Jones” indeksi 506,93 bənd və ya 0,97% azalaraq 51 711,65 bəndə, “S&P 500” indeksi 90,66 bənd və ya 1,21% geriləyərək 7 408,30 bəndə düşüb.

Texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi “Nasdaq Composite” indeksi isə 553,21 bənd və ya 2,15% azalaraq 25 137,69 bənd təşkil edib. “NYSE Composite” indeksi 0,19%, Kanadanın “S&P/TSX Composite” indeksi isə 0,82% ucuzlaşıb.

Avropa fond bazarlarında da satışlar üstünlük təşkil edib. “Euro Stoxx 50” indeksi 1,69%, Almaniyanın “DAX” indeksi 1,56%, Fransanın “CAC” 40 indeksi 1,64%, İspaniyanın “IBEX” 35 indeksi 1,55%, Böyük Britaniyanın FTSE 100 indeksi isə 0,73% azalıb.

Asiya-Sakit okean regionunda ən böyük eniş Yaponiyada qeydə alınıb. “Nikkei 225” indeksi 3,13% azalaraq 64 340,80 bəndə düşüb. TOPIX indeksi 1,34%, Honq Konqun “Hang Seng” indeksi 1,27%, Çinin CSI 300 indeksi 1,17%, Avstraliyanın “S&P/ASX 200” indeksi isə 0,86% geriləyib. Bununla yanaşı, “MSCI AC Asia Pacific” indeksi 0,89% artıb.

 





24.07.2026    çap et  çap et