525.Az

Ançelotti imtina etdi, Qvardiola şərt qoydu


 

Ançelotti imtina etdi, Qvardiola şərt qoydu<b style="color:red"></b>

Futbol üzrə Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti İtaliya yığmasını çalışdırmaq təklifini rədd edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, onun daha sərfəli təklifi geri çevirməsinə səbəb Braziliya ilə müqaviləsinin olması və işini yarımçıq qoymaq istəməməsidir.

"Globo" nəşrinin məlumatına görə, Ancelottidən əli üzülən İtaliya Futbol Federasiyası digər tanınmış məşqçi Xosep Qvardiolaya təklif göndərib. Onun illik 20 milyon avro məvacib qarşılığında təklifi qəbul edəcəyi bildirilir.

L.Tağıyeva

 





24.07.2026    çap et  çap et