Ümumdünya Bankının hesablamalarına görə, ötən ay Venesuelada baş vermiş ardıcıl 2 güclü zəlzələ ölkə iqtisadiyyatına 19,6 milyard dollar ziyan vurub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə bankın dünən dərc olunmuş hesabatında bildirilir.
Dəymiş ziyanın 47 faizi yaşayış evlərinin, 27 faizi şəhər infrastrukturunun, qalanı isə qeyri-yaşayış tikililərinin payına düşür.
Hesabatda Venesuelaya kənar yardımın olmayacağı halda, ölkəni əvvəlki vəziyyətə gətirmək üçün azı 10 ilin lazım olduğu da qeyd edilib.
Xatırladaq ki, iyunun 24-də Venesuelada 7,5 və 7,2 bal gücündə 2 güclü zəlzələ baş verib. Nəticədə yüzlərlə tikili dağılıb, 5400-dən çox insan həlak olub.
L.Tağıyeva
çap et