“İslahatların uğurlu olması onların bir-birini dəstəkləməsinə bağlıdır. 8 saatlıq iş rejiminə keçid lazımlıdır, əhəmiyyətlidir. Ancaq bunun prerekvizit islahatları olmalıdır”.
Təhsil eksperti Qoşqar Məhərrəmov bunu 525.az-a bildirib. Onun sözlərinə görə, məktəblər müəllimlərin 8 saat məktəbdə işləməyinə, ehtiyaclarını qarşılamağına, kollegial münasibətlər qurmağına uyğun hala gətirilməlidir:
“Əks halda müəllimlərə əziyyət verməkdən başqa bir nəticə olmayacaq. Müəllimlər deyinə-deyinə, tək ayaq üstündə 3 saat sonra məktəbi tərk etməyi gözləyəcəklər. Müəllimin özünə aid sinifi, həmin sinifdə kompüter və internet, kompüterin bağlı olduğu mərkəzi bir printer olmalıdır. Müəllimin 30-60 dəqiqəlik günorta fasiləsi olmalıdır. Müəllim rahat bir şəkildə fəaliyyət göstərməlidir. O zaman effektiv nəticə görəcəyik”.
Sevinc Qarayeva
çap et