Konqo Demokratik Respublikasının (KDR) şərqindəki İturi əyalətində silahlılar mülki şəxslərə hücum ediblər.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Mambasa rayonunun Mandeite kəndində baş verən hücumda ən azı 16 nəfər həlak olub.
Hücumun Müttəfiq Demokratik Qüvvələr (ADF) üsyançı qruplaşmasının üzvləri tərəfindən törədildiyi güman edilir.
Qeyd edək ki, sözügedən qruplaşma 20 iyulda eyni bölgədə təxminən 20 nəfəri qaçırıb.
İbrahim Cəfərov
çap et