“Yeni tədris ilindən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni təşəbbüsə start verir: tədris planınına zəruri dəyişiklik edilməklə, tələbələrin real iş mühiti ilə tanışlığını təmin etmək, onların nəzəri biliklərini praktik bacarıqlarla zənginləşdirmək və peşə səriştələrinin formalaşmasına xidmət edən Staj fəaliyyətinə başlanılacaq. Staj proqramı buraxılış kursunda təşkil edilən istehsalat təcrübəsini əvəz etmir”.
Bu fikirləri 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov bildirib. Rektor qeyd edib ki, staj II və III kurs tələbələri üçün bir semestr ərzində həyata keçiriləcək və tələbələr müvafiq kredit qazanacaqlar:
“Stajın əsas məqsədi tələbələrin nəzəri biliklərini praktik fəaliyyətlə əlaqələndirmək, onların əmək bazarına adaptasiyasını təmin etməkdir. Stajın təşkili məsələlərini aidiyyəti olanlarla müzakirə etdik və zəruri qərarlar qəbul etdik”.
Sevinc Qarayeva
çap et