525.Az

Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi


 

Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi<b style="color:red"></b>

Elxan Səmədov növbəti dəfə Peşəkar Futbol Liqasının prezidenti seçilib.

525.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Bu gün PFL-in Ümumi Yığıncağı keçirilib.Tədbirdə PFL prezidenti Elxan Səmədov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, PFL-in idarə heyətinin üzvləri, klub nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Yığıncaqda növbəti 4 il müddətinə Peşəkar Futbol Liqasının prezident seçkilərinə start verilib. Vahid namizəd olan Elxan Səmədov səsvermənin nəticələrinə əsasən yekdilliklə növbəti 4 il müddətinə Peşəkar Futbol Liqasının prezidenti seçilib. 

Sonda PFL-in İdarə Heyətinin yeni tərkibi səsverməyə çıxarılıb və yekdilliklə təsdiq olunub. Növbəti 4 il müddətində PFL-in idarə heyətində aşağıdakı şəxslər təmsil olunacaqlar:

Elxan Səmədov – PFL prezidenti

Məlik Həsənov – İdman işləri üzrə müşavir

Aslan Şahgəldiyev – Vitse-prezident

Zaur Hacı-Məhərrəmov – İcraçı direktor

Elgiz Abbasov – Texniki-idman direktoru

Sənan Abdullayev – Media və marketinq direktoru

Qeyd edək ki, Elxan Səmədov 2022-ci ilin iyul ayından PFL-in prezidentidir.

 





24.07.2026    çap et  çap et