525.Az

Suraxanıda kafedə nöqsanlar aşkarlanıb


 

Suraxanıda kafedə nöqsanlar aşkarlanıb<b style="color:red"></b>

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olmuş vətəndaş müraciəti əsasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində fiziki şəxs İlham Saməddin oğlu Soltanova məxsus kafedə plandankənar yoxlama keçirilib.

525.az-a bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı obyektin qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, sanitar-gigiyenik tələblərə və qida ilə təmasda olan səthlərə dair tələblərə əməl edilmədiyi, havalandırma sisteminin və zəruri yuma çanaqlarının olmadığı, soyuducuda korroziya izlərinin müşahidə edildiyi və digər nöqsanlar aşkarlanıb.

Aşkar edilmiş uyğunsuzluqlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub. Nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edilib.

 





24.07.2026    çap et  çap et