525.Az

İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb


 

İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün iyul ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

525.az-a ƏƏSMN-dən verilən məlumata görə, fond bu ayın bütün sosial ödənişlərini başa çatdırıb.

Bildirilib ki, bundan əvvəl iyulun 14-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, iyulun 22-də isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin iyul ayı üzrə pensiyaları ödənilib.

 





24.07.2026    çap et  çap et