"2026-cı ildən Almaniya hökumətinə bağlı SEFE şirkəti Azərbaycandan 10 illik müqavilə əsasında ildə 1,5 mlrd kubmetr olmaqla qazın idxalına başlayıb. Bundan əlavə Almaniyanın Uniper şirkəti də "Şahdəniz"dən İtaliyada qaz alır və yeni müqavilələr çərçivəsində həcmləri 1,5 mlrd kubmetrə çatdırmaq arzusunu açıqlayıb. İyulun 21-də Berlində Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannaməni imzalanıb. İndiyədək Almaniyadan Azərbaycana yönəldilmiş birbaşa investisiyaların ümumi həcmi $937,5 milyon təşkil edib. Bu vəsaitin $53,4 milyonu neft-qaz, $884,1 milyonu isə iqtisafiyyatın digər sahələrinə yatırılıb. Azərbaycan isə Almaniya iqtisadiyyatına $667,5 milyon investusiya qoyub".
Bunu 525.az-a Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib. Ekspertin dediyinə görə
cari ilin I yarısında Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi $573 milyon olub ( Azərbaycandan ixrac - $234,77 milyon, Almaniyadan Azərbaycana ixrac isə - $338,11 milyon).
2025-ci ildə il iki ölkə arasında ticarət dövriyyəsi $ 1 milyard 376 milyon təşkil edib:
"Almaniya hazırda Azərbaycandan xam neft və təbii qaz idxal edir".
Sevinc Qarayeva
çap et