Bu ilin birinci yarımilində ölkə ərazisində 15420 cinayət qeydə alınıb.
525.az xəbər verir ki, bu barədə prokurorluq orqanlarında 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair geniş kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, onların 90,7 %-nin açılması təmin edilib, ümumilikdə ölkə üzrə cəmi 7893 cinayət işinin istintaqı tamamlanıb. Onlardan da 470-i prokurorluq orqanlarında istintaq edilib.
Prokurorluq orqanları tərəfindən 269, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 5511 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib.
çap et