525.Az

Altı ayda mina hadisələri nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb


 

Altı ayda mina hadisələri nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb<b style="color:red"></b>

Ermənistan tərəfinin apardığı mina terroru nəticəsində 2026-cı ilin birinci yarımilində mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 2 nəfər həlak olub, 11 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

525.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair Kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, 2020-ci ilin noyabr ayından hazırki vaxtadək isə ümumilikdə 430 şəxs bu terrorun qurbanı olub. Onlardan 73 nəfəri həlak olub, 357 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 





24.07.2026    çap et  çap et