525.Az

Ötən gün 45 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb -  DİN


 

Ötən gün 45 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb - <b style="color:red"> DİN</b>

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 24-də ümumi çəkisi 45,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

525.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, həmçinin yabanı halda bitmiş 4 ton çəkidə 17 min 782 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.

Hər iki istiqamətdə tədbirlər davam etdirilir.

 

 





25.07.2026    çap et  çap et