Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Xorvatiyaya 276 min 343 ton xam neft ixrac edilib.
525.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 162 milyon 720,4 min ABŞ dolları təşkil edib.
Azərbaycandan Xorvatiyaya ixrac olunmuş məhsulun miqdarı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 63 %, dəyəri isə 60,2 % azalıb.
Azərbaycanın ümumi neft ixracında Xorvatiyanın payı 2,7 % olub.
Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 6 milyard 231 milyon 422,24 min ABŞ dolları dəyərində 10 milyon 125 min 467,17 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,1 % çoxdur. Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb.
çap et