Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərdə məşğulluğun təminatı ilə bağlı sakinlərlə növbəti görüşlər keçirib.
525.az-a ƏƏSMN-dən verilən məlumata görə, Zəngilan şəhəri, Laçın rayonu, eləcə də Cəbrayıl rayonunun Şükürbəyli və Ağdam rayonunun Xıdırlı kəndlərində məskunlaşan ümumilikdə 39 sakinlə keçirilmiş görüşlərdə vətəndaşların məşğulluqla bağlı müraciətləri dinlənib.
Qeyd edilib ki, həyata keçirilən aktiv məşğulluq tədbirləri, o cümlədən, işlə təminat, özünüməşğulluq proqramı, peşə hazırlığı kursları barədə ətraflı məlumat verilib, bu tədbirlərə cəlb edilmələri üçün onların ilkin qeydiyyatı aparılıb.
çap et