Qız boksçulardan ibarət Azərbaycan milli komandaları Türkiyəyə yollanıblar.
525.az-a Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yığmalarımız iyulun 25-dən avqustun 4-dək Kastamonuda təlim-məşq toplanışında olacaqlar.
Məşqçilər korpusu hazırlığa 2 yaş kateqoriyası üzrə 10 boksçunu cəlb ediblər.
Türkiyə millisi ilə birgə təşkil olunacaq toplanış U-17 və U-19 üzrə Avropa çempionatlarına hazırlıq xarakteri daşıyır.
Hazırlıq çərçivəsində sınaq döyüşləri də keçiriləcək.
çap et