525.Az

Azərbaycan I yarımildə Portuqaliyaya 222 milyon dollarlıq neft ixrac edib


 

Azərbaycan I yarımildə Portuqaliyaya 222 milyon dollarlıq neft ixrac edib<b style="color:red"></b>

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Portuqaliyaya 395 min 31,6 ton xam neft ixrac edilib.

525.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 221 milyon 958 min ABŞ dolları təşkil edib.

Azərbaycandan Portuqaliyaya ixrac olunmuş məhsulun miqdarı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 31,4 %, dəyəri isə 28,5 % azalıb.

6 ayda Azərbaycanın ümumi neft ixracında Portuqaliyanın payı 3,9 % olub.

Hesabat dövründə gömrük bəyannamələrinə əsasən, Azərbaycan 6 milyard 231 milyon 422,24 min ABŞ dolları dəyərində 10 milyon 125 min 467,17 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,1 % çoxdur. Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb.

 





25.07.2026    çap et  çap et