525.Az

Hökməlidə avtoyuma məntəqəsində avtomobil yanıb


 

Hökməlidə avtoyuma məntəqəsində avtomobil yanıb<b style="color:red"></b>

Abşeronda avtoyuma məntəqəsində avtomobil yanıb.

525.az-a bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Hökməli qəsəbəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində avtoyuma məntəqəsinin daxilində "BMW" markalı minik avtomobilində baş vermiş yanğın genişlənərək obyektə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb, xəsarət alan olmayıb.

 





25.07.2026    çap et  çap et