525.Az

Azərbaycan kartof ixracından 30 milyon dollara yaxın gəlir əldə edib


 

Azərbaycan kartof ixracından 30 milyon dollara yaxın gəlir əldə edib<b style="color:red"></b>

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 76 min 930 ton kartof ixrac edib.

525.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə kartofun dəyəri 29 milyon 389 min ABŞ dolları olub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 7 min 852 ton (11,4 %), dəyər baxmından isə 1 milyon 895 min dollar (6,9 %) çoxdur.

Hesabat dövründə kartof ixracından əldə edilən gəlir Azərbaycanın ixrac gəlirlərində cüzi paya malik olub.

 





25.07.2026    çap et  çap et