525.Az

Qlobal əmtəə bazarlarında qızıl bahalaşıb


 

Qlobal əmtəə bazarlarında qızıl bahalaşıb<b style="color:red"></b>

Qlobal əmtəə bazarlarında qiymətli metallar üzrə ticarət qarışıq dinamika ilə başa çatıb.

525.az xəbər verir ki, COMEX birjasında avqust fyuçersləri üzrə qızılın 1 troy unsiyasının qiyməti 20,60 ABŞ dolları və ya 0,51% artaraq 4 070,80 ABŞ dollarına yüksəlib. Spot qızıl isə 3,31 ABŞ dolları və ya 0,08% bahalaşaraq 4 052,79 ABŞ dolları olub.

Gümüş də bahalaşıb. COMEX-də sentyabr fyuçersləri üzrə gümüşün qiyməti 0,85 ABŞ dolları və ya 1,47% artaraq 58,91 ABŞ dollarına çatıb.

Sənaye metalları arasında misin qiyməti 1,40 sent və ya 0,22% yüksələrək 635,75 sent təşkil edib.

Bununla yanaşı, platin ucuzlaşıb. Spot platinin qiyməti 5,20 ABŞ dolları və ya 0,33% azalaraq 1 592 ABŞ dollarına enib.

 





25.07.2026    çap et  çap et