"River Pleyt" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
525.az xəbər verir ki, "Tiqres"dən Anhel Korrea transfer edilib. Bu barədə Argentina klubunun mətbuat xidməti məlumat yayıb.
Bu transfer üçün Meksika klubuna 13 milyon avro təzminat ödənilib. 31 yaşlı hücumçu ilə 2029-cü ilin 31 dekabrına kimi müqavilə imzalanıb.
Qeyd edək ki, "Tiqres" Anxel Korreanı 2025-ci ilin yayında "Atletiko"dan 8 milyon avroya transfer etmişdi. Argentina millisinin sabiq üzvü komandanın heyətində meydana çıxdığı 44 rəsmi matçda 23 qol və 14 məhsuldar ötürmə edib.
çap et