525.Az

Çində güclü daşqınlar - 10 ölü, 23 yaralı


 

Çində güclü daşqınlar - <b style="color:red"> 10 ölü, 23 yaralı</b>

Çinin şimal-qərbindəki Qansu əyalətinin Dinxi şəhərində və ətraf ərazilərdə güclü yağışlar daşqınlara səbəb olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, daşqınlar nəticəsində 10 nəfər ölüb, 23 nəfər isə yaralanıb.

Hakimiyyət orqanları Dinxidə düşərgə quran bir qrup turistin daşqınlar səbəbindən köməksiz qaldığını və axtarış-xilasetmə əməliyyatının başlandığını bəyan edib.

İbrahim Cəfərov

 





27.07.2026    çap et  çap et