ABŞ-nin Nyu-York şəhərində supermarketin qarşısında silahlı atışma baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, atışmada 3 nəfər yaralanıb.
Çiynindən güllə yarası alan və Linkoln xəstəxanasına aparılan 12 yaşlı oğlan uşağı yolda ölüb.
Omba və ayağından güllə yarası alan digər iki yaralının vəziyyəti isə sabitdir.
Polis insidentlə bağlı araşdırmaya başlayıb.
İbrahim Cəfərov
çap et