Rusiyanın Elbrus dağında şiddətli qar fırtınası və güclü külək səbəbindən beş bosniyalı alpinist həlak olub.
525.az xəbər verir ki, bu barədə Bosniya və Hersoqovina mətbuatı məlumat yayıb.
Qeyd olunub ki, həlak olan 5 alpinistdən hələlik yalnız ikisinin cəsədi tapılıb. Rusiya axtarış-xilasetmə qrupları bölgədə fəaliyyətini davam etdirir.
Bosniya və Herseqovina Prezident Aparatının sədri Denis Beçiroviç həlak olan alpinistlərin ailələrinə başsağlığı verib.
İbrahim Cəfərov
çap et