525.Az

I yarımildə Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 3,4 mlrd. manatı ötüb


 

I yarımildə Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 3,4 mlrd. manatı ötüb<b style="color:red"></b>

Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi üçün maliyyələşmələr, o cümlədən əməkhaqları, müavinətlər, pensiyalar, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, dövlət proqramları və məqsədli tədbirlərin, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilib.

525.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Belə ki, 2026-cı ilin ilk altı ayında dövlət büdcəsinin xərcləri 16 775,5 milyon manat məbləğində icra edilməklə illik proqnozlaşdırılan dövlət büdcəsi xərclərinin 40,2 faizinə bərabər olub.

Cari ilin ilk altı ayında dövlət büdcəsi xərclərinin 11 642,5 milyon manatı və ya 69,4 faizi cari xərclərə, 4 188,2 milyon manatı və ya 25 faizi əsaslı xərclərə, 944,8 milyon manatı və ya 5,6 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə sərf edilib.

Bu ilin altı ayında dövlət büdcəsi xərclərinin 52,4 faizi və ya 8 787,1 milyon manatı sosialyönlü xərclərin (büdcə xərclərinin əməyin ödənişi fondu, qida məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər) maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 951,3 milyon manat və ya 12,1 faiz çoxdur.

2026-cı ilin yanvar-iyun aylarında funksional təsnifata uyğun olaraq müdafiə və milli təhlükəsizlik xərcləri 3 437,4 milyon manat, iqtisadi fəaliyyət xərcləri 2 578 milyon manat, təhsil xərcləri 2 400,1 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 2 359,8 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 2 339,5 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərcləri 1 403,7 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərcləri 669,4 milyon manat, səhiyyə xərcləri 591,6 milyon manat, kənd təsərrüfatı xərcləri 527,3 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 217,9 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 147 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 103,8 milyon manat təşkil edib.

 





27.07.2026    çap et  çap et